Baku-2017 Oyunlarında “Zəfər günləri” tədbiri keçiriləcək

Baku-2017 Oyunlarında “Zəfər günləri” tədbiri keçiriləcək



Azərbaycan Milli Olimpiya Komitəsi (MOK) Baku-2017 IV İslam Həmrəyliyi Oyunlarının keçirildiyi günlərdə yarışların qalibləri və mükafatçıları olan Azərbaycan idmançılarının şərəfinə "Zəfər günləri” adlı xüsusi tədbir təşkil edəcək.

"Olimpnews.az” xəbər verir ki, bu layihə Milli Olimpiya Komitəsi tərəfindən artıq ikinci dəfədir həyata keçirilir. İlk dəfə bu layihə Bakı-2015 Avropa Oyunlarında təşkil edilib. Ötən dəfə olduğu kimi olduğu kimi, IV İslam Həmrəyliyi Oyunlarının keçirildiyi günlərdə qalib idmançılarımızın ictimaiyyətin və KİV-lərin nümayəndələri ilə görüşləri keçiriləcək. 

Beləliklə, MOK artıq ikinci dəfə Oyunların medalçılarını yüksək səviyyədə qarşılayacaq.

Mayın 1-də Milli Olimpiya Komitəsində "Zəfər günləri” layihəsi ilə bağlı mətbuat konfransı təşkil olunacaq.