Bakıda keçiriləcək IV İslam Həmrəyliyi Oyunlarında Azərbaycanın bayraqdarının adı açıqlanıb.
"Olimpnews.az” xəbər verir ki, bu barədə Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə məlumat verib. Onun sözlərinə görə, mayın 12-də keçiriləcək açılış mərasimində nümayəndə heyətinin önündə karateçi Rafael Ağayev gedəcək. Çingiz Hüseynzadə bayraqdarın dəyişilə biləcəyi ehtimalını da istisna etməyib: "Mən Rafaelin özü ilə də danışmışam. Açılış mərasiminin ertəsi - mayın 13-də Ağayev çıxış edəcək. Bunu nəzərə alaraq, bayraqdarın dəyişilmə ehtimalı var. Amma 90 faiz Rafaeldir. Burada komandaya ziyan dəyəcək məqam olsa, ola bilər ki, onu dəyişək".
Qeyd edək ki, Rafael Ağayev 5 qat dünya və 10 qat Avropa çempionudur. O, Bakı-2015 I Avropa Oyunlarının qalibidir.