Alim Qasımov açılış mərasimində azan oxuyacaq

Alim Qasımov açılış mərasimində azan oxuyacaq



Azərbaycanın xalq artisti, tanınmış xanəndə Alim Qasımov bu gün IV İslam Həmrəyliyi Oyunlarının açılış mərasimində azan oxuyacaq.

Alim Qasımov bu gün minarəyə çıxıb azan oxuyacaq.
Tanınmış xanəndə "modern.az” saytına verdiyi aşıqlamasında deyib: "Digər yarışlardan fərqli olaraq İslam Oyunlarının açılış mərasimində muğam oxumayacağam. Adı üstündə İslam Oyunlarıdır, azan oxumaq yerinə düşər. Bu işin mənə həvalə edilməsi sevindiricidir. Mənim üçün xüsusi geyimlər tikilib. Azanı həmin geyimdə oxuyacağam.

Qeyd edək ki, Alim Qasımov Bakı-2015 birinci Avropa Oyunlarının açılış mərasimində "Qarabağ" şikəstəsini ifa etmişdi.