Komandamızın bayraqdarı qızıl medal aldı

Komandamızın bayraqdarı qızıl medal aldı



Ölkəmizdə IV İslam Həmrəyliyi Oyunları keçirilir. 

Karateçimiz Rafael Ağayev Bakı 2017 IV İslam Həmrəyliyi Oyunlarında qızıl medal qazanıb.

"Olimpnews.az” xəbər verir ki, 75 kq çəki dərəcəsində yer alan 5 qat dünya və 10 qat Avropa çempionu mübarizəyə 1/8 final mərhələsindən başlayıb. Onun ilk rəqibi türkiyəli Erman Eltemur olub. Görüş Ağayevin 3:0 hesablı qələbəsi ilə yekunlaşıb. 1/4 finalda Səudiyyə Ərəbistanından olan Sultan əl-Zəhranini məğlub edən (7:2) idmançımız yarımfinalda malayziyalı Şarmendran Raqonatanı da üstələyərək, finala yüksəlib.

Həlledici görüşdə Azərbaycan karateçisi pakistanlı Sədi Qulam Abbasla üz-üzə gəlib və inamlı qələbə qazanıb - 4:0.

Qeyd edək ki, Rafael Ağayev İslamiadada Azərbaycanın bayraqdarı olub.