Cüdoçularımız İslamiadada ilk gün 9 medal qazanıblar

Cüdoçularımız İslamiadada ilk gün 9 medal qazanıblar



Ölkəmizdə IV İslam Həmrəyliyi Oyunları keçirilir.

"Olimpnews.az” xəbər verir ki, Azərbaycan komandası Bakı-2017 IV İslam Həmrəyliyi Oyunlarında indiyə kimi 22 medal qazanıb ki, onun 10-u qızıldır.
IV İslam Həmrəyliyi Oyunları çərçivəsində cüdo yarışlarına mayın 13-də start verilib.

İslamiadanın ilk günü 7 çəki dərəcəsində mükafatçılar bəlli olub. Bu çəki dərəcələrinin hər birində Azərbaycan millisinin üzvləri mükafat qazanıblar. Cüdoçularımız günü 4 qızıl və 5 gümüş medalla başa vurublar.