Avropa Liqasının qalibi "Mançester Yunayted" oldu

Avropa Liqasının qalibi "Mançester Yunayted" oldu



Futbol üzrə Avropa Liqasının qalibi müəyyənləşib.
İsveçin paytaxtı Stokholmdakı "Friends Arena"da keçirilən final matçında İngiltərənin "Mançester Yunayted" və Hollandiyanın "Ayaks" komandaları üz-üzə gəlib.
Amsterdam təmsilçisi son 21 ildə ilk dəfə avrokubokların həlledici oyununa çıxıb. Gənclərdən təşkil olunmuş komanda təcrübəli "Mançester Yunayted"ə layiqli müqavimət göstərib. Hər hissədə bir qol vuran ingilislər 2016/17 mövsümündə Avropa Liqasının qalibi olub.
"Qırmızı şeytanlar" ilk dəfə Avroliqanın baş mükafatını qazanıb. Eyni zamanda MY bütün 3 Avropa kubokuna - Çempionlar Kuboku (hazırkı Çempionlar Liqası), UEFA Kuboku (Avropa Liqası) və hazırda mövcud olmayan Kuboklar Kubokuna yiyələnən 5-ci komanda olub. Əvvəllər bu, 4 kluba nəsib olub ki, onlardan biri də "Ayaks"dır.

Avropa Liqası
Final
"Ayaks" (Hollandiya) - "Mançester Yunayted" (İngiltərə) 0:2
Poqba, 18. Mxitaryan, 48.
Baş hakim: Damir Skomina (Sloveniya)
Stokholm, "Friends Arena"