FİFA-nın Riçard Almeyda ilə bağlı qərarı

FİFA-nın Riçard Almeyda ilə bağlı qərarı
Riçard Almeydanın DÇ-2018-in seçmə mərhələsi çərçivəsində milli komandamızın Şimali İrlandiya yığmasına qarşı oyunda iştirak edib-etməyəcəyinə aydınlıq gəlib. Olimpnews.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, "Qarabağ” klubunun yarımmüdafiəçisi iyunun 10-da təşkil olunacaq matçda oynaya biləcək.

Belə ki, FİFA-nın müvafiq komitəsi AFFA-nın Braziliya əsilli futbolçunun millimizdə oynamaqla bağlı müraciətinə baxıb. Ali futbol qurumu məsələnin həllini mövcud qaydalara uyğun olaraq AFFA-nın səlahiyyətinə verib.

Assosiasiya rəhbərliyinin bu məsələ ilə bağlı müsbət qərarı millinin baş məşqçisinin nəzərinə çatdırılıb. Beləliklə, Robert Prosineçki hazırda Avstriya toplanışında olan Riçard Almeydanın xidmətindən Şimali İrlandiya millisi ilə qarşılaşmada yararlana biləcək.

Qeyd edək ki, Riçard Almeyda 2012-ci ilin yayından bəri "Qarabağ”ın formasını geyinir.