UEFA Çempionlar Liqasında (ÇL) 2016/2017-ci illər mövsümünün qalibi bəlli olub. Olimpnews.az saytının məlumatına görə, qitənin ən nüfuzlu klub turnirinin həlledici qarşılaşması Kardiffin "Millennium” stadionunda təşkil olunub.
Çempionluq uğrunda İtaliyanın "Yuventus” klubu ilə turnirin son qalibi Madrid "Real”ı üz-üzə gəlib. Bu görüşü çempionların qarşılaşması da adlandırmaq olardı. Belə ki, həm "qoca sinyora”, həm də madridlilər daxili çempionatı birinci pillədə başa vurmuşdular.
Sonuncu dəfə ÇL-in 2014/15-ci illər mövsümündə üz-üzə gələn rəqiblər yarımfinal mərhələsində qarşılaşmış və yekunda "Yuventus” (2:1, 1:1) adını həlledici görüşə yazdırmışdı.
Matça fəal başlayan komandalar ilk dəqiqələrdən daha çox kobud mübarizə ilə yadda qalıblar. Azarkeşlər isə ilk qolu görmək üçün 20 dəqiqə gözləməli olublar. "Real"ın çox gözəl təşkil olunmuş əks-hücumunu Ronaldo əla zərbə ilə məntiqi sonluğa çatdırıb.
Ancaq madridlilərin sevinci cəmi 7 dəqiqə çəkib. Bu dəfə "Yuventus" əks-hücum zamanı fərqlənib. Xorvatiyalı Mario Manzukiç hətta "Real" azarkeşlərin də alqışlayacağı qola imza atıb (1:1). İlk hissə bu hesabla başa çatıb.
İkinci hissədə isə italyanlar hkç nə ilə yadda qalmayıblar. Kazemiro və Ronaldo 3 dəqiqəyə fərqi 2 topa çatdırıblar. Asensionun son dəqiqə qolu isə gözəl oyununun bəzəyi olub - 1:4.
Beləliklə, «Real» ardıcıl 2-ci, ümumilikdə isə 12-ci dəfə kuboku Madridə aparıb.
UEFA Çempionlar Liqası
Final
3 iyun
"Yuventus” (İtaliya) - "Real” (Madrid, İspaniya) - 1:4
Qollar: Manzukiç, 27 - Ronaldo, 20, Ronaldo, 64, Kazemiro, 61, Asensio, 90.