U-21 millimiz böyük hesabla uduzdu - VİDEO

U-21 millimiz böyük hesabla uduzdu -  VİDEO

Avstriyada təlim-məşq toplanışında olan 21 yaşınadək futbolçulardan ibarət Azərbaycan yığması yoxlama matçında qüvvəsini sınayıb.

Olimpnews.az saytının məlumatına görə, U-21 millimiz Çexiyanın müvafiq yaş qrupundan ibarət yığma komandası ilə qarşılaşıb. Qarşılaşma rəqibin 5:0 hesablı qələbəsi ilə başa çatıb.

Qeyd edək ki, bu komandalar arasında növbəti oyun iyunun 8-də keçiriləcək.