Braziliyalı MMA döyüşçüsü Adriano Mamute qəddarlıqla öldürülüb.
Qətl hadisəsi mərhumun evində baş verib. Tibbi ekspertizanın rəyinə görə, 29 yaşlı idmançı sinəsindən biçaqlanıb və sifətindən güllələnib. Ailə üzvlərinin sözlərinə görə, onun sifətindən güllə ilə vuran 3 quldur idmançının ölmədiyini gördükdən sonra sinəsindən bıçaqlayıb.
MMA döyüşçüsünün əsl adı Adriano Silbert Santana idi və onu həyat yoldaşının və 9 yaşlı övladının gözü önündə qətlə yetiriblər.