Bakı Olimpiya Stadionunda döyüş gecəsi keçiriləcək

Bakı Olimpiya Stadionunda döyüş gecəsi keçiriləcək





Mayın 4-də Bakı Olimpiya Stadionunun (BOS) əsas meydanında WFCA-48 (World Fighting Championship Akhmat) adlı döyüş gecəsi keçiriləcək.

Bakı Olimpiya Stadionundan (BOS) "Olimpnews.az”a verilən məlumata görə, saat 19:00-da başlanacaq tədbirin təşkilatçıları "Axmat", Azərbaycan Cüdo Federasiyası və "Olimpiya" döyüş klublarıdır.

Bu, BOS üçün tam yeni formatlı tədbir olacaq. Gecədə 10 döyüş və 1 superdöyüş təşkil ediləcək. Azərbaycanı 4 döyüşçü -Mehman Məmmədov, Bəxtiyar Arzumanov, Aqşin Babayev və Tofiq Musayev təmsil edəcək. Digər döyüşçülər Rusiya, Ukrayna, Braziliya, Qırğız Respublikası və ABŞ-dan olacaq. Superdöyüş isə iki rusiyalı - Maqomedrəsul Xasbulayev və Salman Jamaldayev arasında keçiriləcək. Döyüşlər üçün arenanın bir hissəsi ayrılacaq və səhnə ətrafında 4 min nəfərlik tribuna quraşdırılacaq. Yarışın biletləri artıq satışdadır. Qeyd edək ki, əslən azərbaycanlı K-1 döyüşçüsü Zabit Səmədov da "Axmat" klubunun üzvüdür.