Ölkənin ən güclü kunq-fu ustaları Şağanda

Ölkənin ən güclü kunq-fu ustaları Şağanda

Mayın 11-12-də Azərbaycan Coriyo Kunq Fu Federasiyasının və Azərbaycan İdman və Gənclər Nazirliyinin (AGİN) xətti ilə Şağan Olimpiya Mərkəzində keçirilən kunq fu üzrə respublika çempionatına yekun vurulub. Çempionatda respublikanın müxtəlif regionlarından olan "Coriyo”, "Zirvə”, "Əlbəyaxa döyüş”, "Şağan” və "Rabitəçi” klublarının idmançıları komanda hesabında üstünlük nümayiş etdiriblər.
Çempionatda I və II yerləri tutan idmançılar oktyabrın 17-20-də AJKF, AGİN və Beynəlxalq Kunq Fu Federasiyasının birgə təşkilatçılığı ilə Azərbaycanda keçiriləcək "Dünya kunq fu çempionatı-2013” yarışlarına vəsiqə qazanıblar.