Oğuzda ulu öndərin 90 illik yubileyi idman yarışları ilə qeyd olunub

Oğuzda ulu öndərin 90 illik yubileyi idman yarışları ilə qeyd olunub

Ümummilli lider Heydər Əliyevin anadan olmasının 90 illik yubileyi münasibətilə Oğuz rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə rayonda silsilə tədbirlər, idmanın müxtəlif növləri üzrə yarışlar keçirilir. Bugünlərdə ulu öndərin 90 illik yubileyi şərəfinə təşkil olunmuş yeniyetmə və gənclər arasında cüdo üzrə rayon birinciliyinə yekun vurulub. Mayın 5-də isə Oğuz gənclərinin 15 nəfərlik qrupu Böyük Qafqaz sıra dağlarının rayon ərazisindəki ən hündür zirvəsinə (Vəngi zirvəsi) yürüş təşkil edərək, Azərbaycanın üçrəngli bayrağını zirvəyə sancıblar.
Mayın 6-da rayonda velosiped yarışları keçirilib. Yarışda 50-dən artıq velosipedçi iştirak edib. İlk beşlikdə yer alan velosipedçilər diplom və qiymətli hədiyyələrlə mükafatlandırılıblar.