“Olimpiya”da döyüşlər sabah başlayır

“Olimpiya”da döyüşlər sabah başlayır




Mayın 4-də Bakıda Olimpiya Stadionunda WFCA-48 beynəlxalq turniri keçiriləcək.

"Olimpnews.az” xəbər verir ki, WFCA-48 turniri çərçivəsində yar;.larda tanınmış MMA idmançılar - Bəxtiyar Arzumanov, Mehman Məmmədov, Tofiq Musayev, Vüqar Kərəmov iştirak edəcəklər.

Turnirin təşkilatçıları "Olimpiya" və "Akhmat" döyüş klubları və Bakı Olimpiya Stadionudur.
"Akhmat" klubunun tanınmış nümayəndəsi, çempionu, ən perspektivli rusiyalı döyüşçülərindən biri olan Məhəmmədrəsul "Frodo" Hasbulaev (28-7) turnirin super-döyüşündə Salman Jamaldayev (15-1) ilə görüşəcək. Ümumilikdə, WFCA-48 turnirində MMA qaydalarına uyğun olan 14 döyüş keçiriləcək. Turnir Azərbaycanda ilk dəfədir ki, keçirilir.
Rinq Bakı Olimpiya Stadionunun əsas meydançasında qurulacaq, tamaşaçılar isə 3000 yerlik oturacaqlarla təmin ediləcək.
Turnir "CBC Sport" kanalı tərəfindən "Match TV" üçün siqnal ötürülməsi ilə canlı yayımlanacaq.
Qeyd edək ki, bu turnirdə Azərbaycan, Rusiya, Argentina, ABŞ, Qırğızıstan, Braziliya, Ukrayna, Niderland, Qazaxıstan, Tacikistan və Dominikan Respublikasının MMA döyüşçüləri öz döyüş bacarıqlarını göstərəcəklər.
Proqrama görə yarışlar axşam saat 20.30-da başlayacaq.