Kyokşin karate üzrə Azərbaycan yığma komandası Polşanın Vroslav şəhərinə növbəti Avropa çempionatında iştirak edib.
28 ölkədən 400-dən çox idmançının mübarizə apardığı mötəbər yarışda komandamız 15 nəfərlik heyətlə təmsil olunub.
Gənc karateçilərimizdən Alikismət Həsənov (60 kq), Seyfəddin Namazov (70 kq) və Solmaz Zeynallı (60 kq) yarışın bürünc medalını qazanıblar. Böyüklərin yarışında isə Emin İsmayıllı (65 kq) və Səlahət Həsənov (85 kq) yalnız finalda məğlub olaraq gümüş medala layiq görülüblər.