“Nike” şirkəti imtina edib

“Nike” şirkəti imtina edib





ABŞ-ın idman ayaqqabıları istehsal edən "Nike” şirkəti İranın futbol üzrə milli komandasına butsi satmaqdan imtina edib.

"Tehran Times” qəzetinin yasdığına görə, şirkət bununla bağlı açıqlama yayıb. Şirkət rəhbərliyi bildirib ki, "Nike” ABŞ şirkəti olaraq hökumətin İrana qarşı tətbiq etdiyi sanksiyalara əməl etmək məcburiyyətində qalaraq futbol üzrə İranın milli komandasını müştərilər siyahısından çıxarıb.
Xatırladaq ki, İranın futbol üzrə milli komandası Asiyada yüksək reytinqə malik olan komandalardan biridir və hazırda dünya çempioantında iştirak edir.