Samboçularımız qitə çempionatını 2 medalla başa vurublar

Samboçularımız qitə çempionatını 2 medalla başa vurublar


İspaniyanın Xixon şəhərində keçirilən kişilər və qadınlar arasında idman və döyüş sambosu üzrə Avropa çempionatına yekun vurulub.
Qitə çempionatında Azərbaycan samboçuları iki medal qazanıblar. İdman sambosu üzrə Nəsimi Umbayev (52 kq), döyüş sambosu yarışında isə Bəxtiyar Abbasov (82 kq) bürünc medal qazanıblar.