İyirmi bir yaşadək gənclərdən ibarət karate üzrə Azərbaycan milli komandasının üzvləri Hümmət və Ramil Baxşəliyev qardaşları Dünya Karate Federasiyasının WKF Kuboku turnirində və Gənclər Liqası yarışında uğurla çıxış edərək mükafatçılar sırasında yer alıblar.
İyulun 4-5-də Xorvatiyanın Umaq şəhərində keçirilən WKF Kubokunda H.Baxşəliyev (67 kq, yuxarı yaşlılar) qızıl, R.Baxşəliyev isə liqa yarışlarında 14-15 yaşlı yeniyetmələr arasında 52 kiloqram çəki dərəcəsində bürünc medal qazanıblar.
Qeyd edək ki, yarışın birinci günündə WKF Kuboku turnirində Murad Hacızadə (+84 kq) birinci, Fidan Teymurova (50 kq) isə üçüncü yeri tutublar. Bununla da karate komandamızın qazandığı medalların sayı dördə çatıb.
İyulun 6-da daha bir neçə idmançımız tatami üzərinə çıxacaq.