İdman Akademiyasının beynəlxalq əlaqələri (1967-2015)  - I yazı

İdman Akademiyasının beynəlxalq əlaqələri (1967-2015)  - I yazı
Ölkəmizdə təhsilin dünya təhsil sisteminə, xüsusən ali təhsil müəssisələrinin Avropa ali təhsil məkanına inteqrasiyası prosesini və Boloniya Bəyannaməsinin tələblərinin yerinə yetirilməsi sahəsində işləri sürətləndirmək məqsədilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən "Azərbaycan Respublikasının ali təhsil müəssisələrinin Avropa ali təhsil məkanına inteqrasiyası ilə bağlı bəzi tədbirlər haqqında” 31 yanvar 2008-ci il tarixli sərəncam imzalanıb. Həmin sərəncamın birinci bəndinə əsasən «2008-2012-ci illərdə Azərbaycan Respublikasının ali təhsil sistemində islahatlar üzrə Dövlət Proqramı» hazırlanıb və Nazirlər Kabineti tərəfindən təsdiq edilib. Dövlət Proqramının icrasını təmin etmək məqsədilə Təhsil Nazirliyi tərəfindən fəaliyyət planı hazırlanıb.
Azərbaycanda təhsilin dünya təhsil sisteminə və ali təhsil müəssisələrinin Avropa ali təhsil məkanına inteqrasiyası prosesi geniş şəkildə araşdırmaq və nəticələrini qiymətləndirmək mühüm əhəmiyyət və aktuallıq kəsb edir.
Hər bir yeni yaradılan dövlətin, müstəqillik qazanmış bir respublikanın ən başlıca vəzifələrindən biri öz milli təhsil sisteminin yaradılmasına, bu sistemin sivil dövlətlərin təhsili səviyyəsinə yüksəldilməsinə nail olmaqdır. Müstəqillik əldə etdiyimiz dövrdən bəri yeni təhsil sisteminin təşkili, onun inkişafı dövlətçilik siyasətinin ən önəmli uğurlarından hesab edilməlidir. Təhsil islahatımızda yeni prinsiplərə, tələblərə tezliklə sirayət olunmalı, humanistləşdirmə, diferensiallaşdırma və fərdiləşdirmə yolları ilə pedaqoji təfəkkürü formalaşdırıb uğurlar, nailiyyətlər əldə edə bilərik.
Azərbaycan təhsili güclü maddi-texniki bazaya, kadr potensialına malikdir. Bu sahələrdə əldə olunmuş nailiyyətlər dünyanın sivil ölkələri ilə müqayisə olunmağa layiqdir. Artıq ölkəmiz getdikcə Avropa təhsilinə daha sürətlə inteqrasiya olunur. Bu gün Azərbaycan təhsili, mədəniyyəti dünya sivilizasiyasına tam cavab verən səviyyədədir.
Belə ki, Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası 1967-ci illərin əvvələrindən başlayaraq qonşu respublikaların təhsil ocaqları ilə əməkdaşlıq etməyə başlamışlar. İlk dəfə olaraq "Bədən tərbiyəsi nəzəriyəsi və metodikası” kafedrasının dosenti X.Q.Zülfüqarov 1967-1970-ci illərdə Konqonun paytaxtı Brazzavildə, 1975-1978-ci illərdə isə Cad şəhərində voleybol üzrə məşqci işləmişdir. «İdman oyun növləri” fakültəsinin sabiq dekanı profesor Q. M. Ağayev 1969-1971-ci illərdə İraqın voleybol üzrə yığma komandasında baş məşqisi, 1977-1980-ci illərdə isə Küveytin yığma komandasında baş məşqcı işləmişdir. "Güləşmə və onun metodikası” kafedrasinın dosenti F.Tağıyev 1985-1988-ci illərdə əlcəzairin Tizi-Uzu şəhərində cüdo idman növü üzrə baş məşqcisi olub. "Bədən tərbiyəsi nəzəriyəsi və metodikası” kafedrasının müdiri, dosent H.H.Qurbanov 1989-cu ildə Türkiyənin İstanbul şəhərinin Marmara Universitetində elmi məqalərlə cıxış etmişdir. Rus dili kafedrasını müdiri, dosent A.A.Aliyev 1992-1995-ci illərdə Türkiyənin Ankara şəhərinin İstanbul və Kayseri şəhərində keçirilən elmi-praktiki konfranslarda iştirak etmişdir.
1991-ci ilin aprel ayında Azərbaycan Respublikasının Təhsil Nazirliyinin əmri ilə akademiyanın nəzdində beynəlxalq əlaqələr şöbəsi yaradılıb. Şöbəyə akademiyanın rektorunun daxili əmrinə əsasən p.e.d., prof. D.Q.Quliyev rəhbərlik etmişdir. Avropa birliyində Təhsil sisteminin inteqrasiyasını təmin edən amillərdən biri də Avropanın, eləcə də dünyanın istənilən ölkələrlə ali təhsil sənətlərinin və ixtisasların qarşılıqlı tanınmasıdır. Bu sahədə də akademiyanın əməkdaşları işlər görmüşlər. Məsələn, akademiyanın professor və müəllim heyətinin bədən tərbiyəsi və idman elmi və başqa sahələr ilə əlaqədar Moskva, Bolqarıstan, Polşa, Yunanıstan, Türkiyə, İran İslam Respublikasında və başqa ölkələrdə rus, ingilis, fransız, türk, fars dillərində elmi məqalələr çap olunmuşdur.
Akademiyanın rektoru prof. Ağacan Abiyevin rəhbərliyi ilə Akademiyanın "İdman və beynəlxalq əlaqələr” üzrə sabiq «İdman və xarici əlaqələr» üzrə prorektoru D.Quliyev Beynəlxalq əlaqələr üzrə səmərəli işlər görmüşdür. O, Moskva, Polşa, Yunanıstan, Bolqarıstan, Rusiya, Türkiyə, Estoniya, İran, Almaniya, Özbəkistan, Qazaxıstan, Ukrayna və başqa şəhərlərin elmi mərkəzləri ilə əlaqələr yaratmış, Azərbaycada bədən tərbiyəsi və idmanın inkişaf tarixinin problem məsələlərinə dair elmi məqalələr nəşr etdimiş və məruzə etmişdir.
Akademiyanın rektoru, prof. Ağacan Abiyevin rəhbərliyi əsasında Təhsil, elm və idman sahəsində akademiyanın əməkdaşları beynəlxalq elmi konfranslarda, idman mütəxəsislərimiz isə idman işləri üzrə xarici ölkələrə kömək məqsədi ilə dəfələrlə dəvət olunublar. Onlardan "Gimnastika və onun metodikası” kafedrasının baş müəllimi S.Ə.Əliyeva 1991-92-ci ildə Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman komitəsinın sərancamına əsasən İran İslam Respublikasının Təbriz şəhərində gimnastika idman növü üzrə məşqçi, həndibol idman növü izrə V.Sadıqova, Z.H. Rzayeva 1992-94-cü illərdə Təbriz şəhərində gimnastika üzrə məşqçi, voleybol və həndbol kafedrasının dos. V.Ə. Sadıqova, L.S.Kondruşkina, dos. N.M. İbrahimova 1996-cı ildə Pakistanda idman oyunları üzrə İslam ölkələri qadınlarının Olimpiadasına hazırlıq məşğələləri aparmışlar. 1992-ci ildən Azərbaycan Respublikası və Türkəyə Cümhuriyyəti dövlətləri arasında bağlanmış təhsil sahəsində müqaviləyə əsasən, Türkiyə vətəndaşları akademiyamızın «Bədən tərbiyəsi və idman müəllimi» fakultəsinə təhsil almağa başlamışlar. 2014/2015 tədris illərinə kimi 278 Türkiyə vətəndaşı akademiyamızın məzunu (270 bakalavr, 8 magistr), 3 magistr isə İran İslam Respublikasının vətəndaşları olmuşlar.

Bu dövrlərdə Akademiyanın tələbələri beynəlxalq yarışlarda (Olimpiya, Avropa, dünya çempionat və birinciliyi) iştirak edərək 600 dən çox medal qazanmışlar.
2008-ci il sentyabr 17-20-də İran İslam Respublikası Tehran Universitetin idman elmləri fakültəsinin nümayəndə heyəti universitetin professoru doktor Vahid Sarı, elmi katib doktor Cəfər Sadiq, biomexanika fənni üzrə mühazirəçi xanım Şirin Yazdani və əlaçı tələbə Zəhra Rüstəmi Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında olmuş və Akademiyanın fəaliyyəti ilə tanış olmuşlar. Görüşdə bədən tərbiyəsi və idman təhsili ilə bağlı əməkdaşlıq əlaqələrinin möhkəmləndirilməsi məsələləri dəstəklənmiş, geniş fikir mübadiləri aparılmışdır. Həmçinin əməkdaşlar akademiyada fəaliyyət göstərən muzey və idman zallarında olmuş, nəzəri və praktik dərslərdə iştirak etmişlər.
Ötən illər ərzində dünya idman siyasətində ciddi keyfiyyət dəyişilikləri baş vermiş, beynəlxalq münasibətlər sistemində demokratizm meyilləri qüvvətlənmişdir. Xüsusilə institutumuz Türkiyənin İstanbul şəhərinin Mərmərə Universitetinin tələbələri ilə idman əlaqələrinə başlamışlar və bu əlaqələr günü-gündən genişlənməkdədir.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2004-cü il noyabrın 30-dan dekabrın 1-dək Qətər dövlətində rəsmi səfəri zamanı müxtəlif sahələrdə əməkdaşlığa dair sənədlərlə yanaşı Azərbaycan Respublikası MOK və Qətər MOK arasında idman sahəsində əməkdaşlıq haqqında anlaşma memorandumu da imzalanmışdır. Sənədi Azərbaycan MOK-un baş katibi, Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İman Akademiyasınnın rektoru, prof. Ağacan Abiyev imzalamışdır.
İmzalanmış sənəd idman sahəsində əməkdaşlığın inkişaf etdirilməsinə qarşılıqlı marağı əks etdirir. Sənəddə Azərbaycan mütəxəssislərinn Qətərə dəvət olunması və yerli idman mütəxəssislərinin hazırlanmasına kömək göstərilməsi nəzərdə tutulur.
Akademiyanın sabiq rektoru prof. Ağacan Abiyevin rəhbərliyi bu təhsil ocağında Azərbaycanın və xarici ölkələrin tanınmış nümayəndələri ilə görüşlər keçirilmişdir. Ali məktəblərimiz arasında əlaqələrin möhkəmləndirilməsi və gələcəkdə bu tədris ocagında bizim tələbələrimizin də təhsil alma imkanlarınan əlaqədar olaraq bir neçə xarici ölkələrin nümayəndələri akademiyada olub, bu barədə məsələlər müzakirə edilmişdir. Müxtəlif ölkələrin görkəmli şəxsləri akademiyanın Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının elmi şurasının qərarına əsasən fəxri doktoru adına layiq görülmüşlər. Onlardan 1994-cü ildə Türkiyə Cümhuriyyəti Mərmərə Universitetinin doktoru, professor Ahmət Həmdi Turqudu, 1994-cü ildə Beynəlxalq Olimpiya Komitəsinin (BOK) sabit prezidenti Xuan Antonio Samarançı, 1995-ci ildə Beynəlxalq Boks Federasiyasının Prezidenti Ənvər Çoudrini 1995-ci ildə EABA-nın prezidenti Emil Jeçevi 2000-ci ildə Avropa Olimpiya Komitəsinin prezidenti Jak Roqu, 2005-ci ildə beynəlxalq Taekvondo Federasiyasının prezidenti Çunq Von Çonu, 2007-ci ildə FİFA-nın prezidenti Yozef Blatteri, 2007-ci ildə AOK prezidenti Patrık Hikkini, 2007-ci ildə AİBA-nın I-vitse prezidenti Qafur Rəhimovu, 2007-ci ildə Beynəlxalq Futbol Federasisının prezidenti Yozef Blatteri, 2008-ci ildə Beynəlxalq Boks Federasisının prezidenti Çinq Kuo Vunu, 2012-ci ildə Alman İdman Universitetinin (Köln) professoru Manfred Lammeri, 2014-cü ildə Litva Olimpiya Akademiyasının prezidenti Arturas Poviliunası və 2014-cü ildə Beynəlxalq Olimpiya Komitəsinin prezidenti Tomas Baxı misal göstərmək olar.
Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının sabiq rektoru prof. Ağacan Abiyev 2012-ci il martın 13-15-də Almaniyanın Köln şəhərində İdman Universitetində, 2011-ci il noyabr 24-28-də isə İngiltərənin «University Campus Suffolk» tədris mərkəzində məruzə ilə cıxış etmişdir. Çıxışdan sonra universitet rəhbərliyi ilə görüşən Ağacan Abiyev ali məktəblərimiz arasında əlaqələrin möhkəmləndirilməsi və gələcəkdə bu tədris ocagında bizim tələbələrimizin də təhsilalma imkanları müzakirə edilmişdir.
 
İdman Akademiyasının beynəlxalq əlaqələri (1967-2015)  - I yazı İdman Akademiyasının beynəlxalq əlaqələri (1967-2015)  - I yazı İdman Akademiyasının beynəlxalq əlaqələri (1967-2015)  - I yazı