Kobi Brayantın sonuncu çıxış etdiyi sonuncu oyunundan olan parketin imzalı parçası hərraca çıxarılıb. Xatırladaq ki,K. Brayant karyerasında son oyununu “Leykers”in heyətində “Yuta” klubuna qarşı (101:98) “Steyplz Center”də keçirib və 60 xal toplayıb. Parketin bir parçası sentyabrın 9-dan 26-dək Heritage Auctions-da onlayn oynanacaq. Ekspertlərin qiymətləndirməsinə görə, parketin bir parçası yarım milyon dollara qədər satıla bilər.
Qeyd edək ki, K.Brayant 20 illik karyerasını “Lakers”in şərəfini qoruyub, beş dəfə NBA çempionatının qalibi olub, ABŞ yığması ilə isə Olimpiya Oyunlarının 2 qızıl medalına sahib çıxıb. Bryant 18 dəfə Ulduzların oyununda iştirak edib, 15 dəfə “İlin Komandası”na daxil olub və 2008-ci ildə NBA-nın “ən yaxşı oyunçusu” adlandırılıb.
Kobi Brayant 2020-ci ilin yanvarın 26-da qızı Cinna ilə birlikdə helikopter qəzasında həlak olub.