İki kateqoriya üzrə UFC-nin keçmiş çempionu irlandiyalı Konor Makqreqor 180 günlük döyüşlərdən kənarlaşdırılıb. Buna səbəb isə Dastin Porye tərəfindən nakauta salınmasından sonra səhhətində yaşanan problem olub. Belə ki, həkimlərin sözlərinə görə, döyüşçü ayaq sümüklərinin zədələnməsi təhlükəsi ilə qarşılaşıb.
Xatırladq ki, K.Makqreqor Abu-Dabidə “Döyüş adasında” keçirilən UFC 257 turnirinin ikinci raundunda nakautla məğlub olub. Bu, K.Makqreqorun D.Porye il olan revanş görüşü idi.
Qeyd edək ki, 2014-cü ildə keçirilən ilk qarşılaşmada irlandiyalı döyüşçü amerikalı idmançını ilk raundda nakauta salmışdı.
Konor Makqreqor altı aylıq döyüşlərdən uzaqlaşdırılıb