NBA azarkeşlərin davranış qaydalarına dəyişiklik etdi

NBA azarkeşlərin davranış qaydalarına dəyişiklik etdi

Milli Basketbol Assosiasiyası (NBA) azarkeşlərin qeyri-etik davranışına qarşı mübarizə qaydalarını dəyişdi. Bildirilir ki, dəyişikliklərə səbəb NBA-nın play-off oyunlarının ilk mərhələsində tamaşaçılarla yaranan çoxsaylı münaqişələrdir. Klublar artıq matçda üç dəfə davranış normalarını elan etməli, həmçinin arenalarda yüksək təhlükəsizliyi təmin etməlidirlər.
Bundan əlavə, matçlarda iştirak qadağası ilə yanaşı, liqa qanunpozuntusu üçün cinayət işlərinin də nəzərə alınmasına çağırış edib.
Qeyd edək ki, NBA-nın pley-off mərhələsinin ikinci raunduna “Atlanta”, “Filadelfiya”, “Miluoki” və “Bruklin” komandaları çıxıb.