İkiqat Olimpiya çempionu üçüncü imkanı əldən verdi

İkiqat Olimpiya çempionu üçüncü imkanı əldən verdi

«Finniks»in basketbolçusu Kris Pol Olimpiya oyunlarında iştirak edəcək ABŞ yığmasının heyətində çıxışdan imtina edib. Səbəb onun çox gərgin bir mövsüm keçirməsi ilə bağlıdır. Artıq ABŞ yığmasının heyəti də müəyyənləşib. İkiqat Olimpiya çempionu (Pekin-2008, London-2012) olan Polun çıxış etmək istəmədiyi yığmada  Devin Buker, Kevin Dürant, Ceyms Harden, Bem Adebayo, Bredli Bil, Demian Lillard, Ceyson Teytum, Dreymond Qrin, Kris Middlton və Kevin Lav yer alıb.
Xatırladaq ki, Tokio-2020 Yay Olimpiya Oyunlarında basketbol yarışları iyulun 25-də başlayacaq. İyulun 10-dan 18-dək ABŞ millisi Avstraliya (iki görüş), Argentina, İspaniya və Nigeriya milliləri ilə görüşəcək.