İki məşhur basketbolçunun rekordu təkrarlandı

İki məşhur basketbolçunun rekordu təkrarlandı

NBA-nın pley-off mərhələsinin yarımfinal oyunlarının ilk qarşılaşmasında “Atlanta Hoks” klubu “Miluoki” komandasına 116:113 hesabı ilə qalib gəlib. Görüşün ən məhsuldar basketbolçusu hesabına 11 ötürmə və 48 xal yazdıran “Atlanta Hoks”un oyunçusu Trey Yanq olub.
​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​

Liqanın mətbuat xidmətindən verilən məlumata görə, 22 yaşlı amerikalı NBA-nın pley-offunda 23 yaşadək oyunçular arasında ən məhsuldar oyunçu kimi Lebron Ceyms və Kobi Brayantın rekordunu təkrarlayıb.​
Xatırladaq ki, L.Ceyms 2007-ci ildə, K.Brayant isə 2001-ci ildə pley-off oyununda 48 xal toplamışdı.