MMA döyüşçümüz erməni rəqibi üzərində mütləq qəlbə qazandı

MMA döyüşçümüz erməni rəqibi üzərində mütləq qəlbə qazandı

MMA döyüşçüsü Elnar İbrahimov NFC fight-da (Naiza Fighting Championship) növbəti görüşünü keçirib. 61 kq-da mübarizə aparan idmançı Ermənistan təmsilçisi Varşan Gevorqyanla üzə üzə qarşılaşıb. 
Qazaxıstanın Almatı şəhərində təşkil olunan döyüşdə Elnar İbrahimov erməni rəqibini bütün raundlarda üstələyərək mütləq qələbə qazanıb.
Qeyd edək ki, idmançımızın aktivində 17 qələbə və 5 məğlubiyyət var.