Zədəyə görə mövsümü buraxan NBA oyunçusu yenidən zədələndi

Zədəyə görə mövsümü buraxan NBA oyunçusu yenidən zədələndi

“Portlend Treyl Bleyzers” basketbol klubunun hücumçusu Zak Kollinz yenidən ayağını sındırıb. Xatırladaq ki, Z.Kollinz sol ayaq biləyinin sınması səbəbi ilə 2020/2021 mövsümünü tamamilə buraxıb. 2020-ci ilin dekabr ayında “Bleyzers”in rəhbərliyi basketbolçunun əməliyyatının uğurlu keçdiyini elan etmişdi. Lakin buna baxmayaraq, idmançı yenidən zədə ilə üzləşib.
Qeyd edək ki, 23 yaşlı basketbolçunun mövsümlərarası transfer bazarına çıxarılacaq. Zədələrin tarixini nəzərə alaraq, Zak Kollinzin kvalifikasiya təklifi və ya “Treyl Bleyzers” klubu tərəfindən  yeni müqavilə əldə etməsi mümkünsüz görünür.