UFC-nin ən ağır və ən yüngül döyüşçüləri bir arada

UFC-nin ən ağır və ən yüngül döyüşçüləri bir arada

UFC-nin ağır çəki dərəcəsində hazırki çempionu Frensis Nqannu şəxsi instaqram hesabında maraqlı foto paylaşıb. Belə ki, onun ən yüngül çəki dərəcəsində kəmər sahibi Brendon Moreno ilə paylaşdığı foto izləyicilərin marağına səbəb olub. “Uşaqlar, siz bunu görməyə bilərsiniz, amma bu fotoda ən azı bir ən yüngül çəki dərəcəsində döyüşən, iki nəfər isə yüngül çəki dərəcəsində mübarizə aparan döyüşçü var”, - deyə F.Nqannu fotoya şərh yazıb.