MMA döyüşçüsü İsayi Çapmanın qatilinin məhkəməsi olub. 30 yaşlı Kristofer Blyur 29,5 illik həbs cəzası alıb. O, odlu silahla atəş açaraq Bellatorda çıxış edən Çapmanı qətlə yetirdiyini etiraf edib. Qatil narkotiklərin təsiri altında olduğunu bildirib. Məhkəmə Blyuru 354 aylıq azadlıqdan məhrum edib.
Qeyd edək ki, 2010-cu ildən MMA-da döyüşən idmançı ötən ilin aprelində qətlə yetirilib.
MMA döyüşçüsünü öldürəni ağır cəza gözləyir