Bu gün Abşeron Olimpiya İdman Kompleksində şəhid jurnalistlər Məhərrəm İbrahimovun və Azərbaycan Televiziyasının videooperatoru Sirac Abışovun xatirəsinə həsr olunmuş yeniyetmələr və gənclər arasında uşu və muay-tay üzrə Bakı şəhər birinciliyinə start verilib.
Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin, Azərbaycan Döyüş Federasiyaları Assosiasiyasının birgə təşkilatçılığı ilə keçirilən yarışa 150-dən çox idmançı qatılıb. Turnirdə ümumilikdə 20-dən çox idman klubu təmsil olunur.
Şəhid jurnalistlərin xatirəsi turnirlə yad edilir