Karate Paris-2024 XXXIII Yay Olimpiya Oyunlarının proqramına daxil edilməyəcək. Bu barədə Paris-2024-ün Təşkilat Komitəsinin mətbuata açıqlamasında bildirilib. Təşkilat Komitəsinin mətbuata açıqlamasında Olimpiadanın proqramının Beynəlxalq Olimpiya Komitəsinin qaydalarına ciddi riayət olunmaqla tərtib edildiyi və dəyişdirilməyəcəyi vurğulanıb.
Paris-2024-də idmanın 32 növü üzrə keçiriləcək 329 yarışda 10 min 500 idmançı kvotası müəyyən edilib. Tokio-2020-də olduğu kimi, Paris Olimpiadasında əlavə kvota nəzərdə tutulmayıb. Belə ki, Tokio Olimpiadasından (5 əlavə idman növü üzrə 474 atlet) fərqli olaraq, Paris-2024-də 4 əlavə idman növü üzrə ümumilikdə 232 idmançı iştirak hüququ qazanacaq.
Təşkilat Komitəsinin sədri Toni Estanqe diqqətə çatdırıb ki, Olimpiadanın proqramı tərtib olunarkən gənclər tərəfindən daha çox sevilən və sosial şəbəkələrdə maraq göstərilən idman növlərinə üstünlük verilib.
Karateçilər Parisdə Olimpiya çempionu ola bilməyəcəklər