Gənclər və idman naziri Fərid Qayıbov Azərbaycan Velosiped İdmanı Federasiyasının (AVİF) fəaliyyəti ilə tanış olub. F.Qayıbov velosiped idmanı üzrə yığma komandanın üzvləri ilə, eləcə də paravelosipedçilərlə görüşüb, onların problemləri ilə maraqlanıb, məşq proseslərini izləyib.Nazir federasiyada və Respublika Velotrekində yaradılmış şəraitlə də maraqlanıb. O, qurumun nəzdindəki muzeyə də baxıb.
AVİF-in I vitse-prezidenti Sahib Ələkbərov nazirə federasiyanın fəaliyyəti, yerli və beynəlxalq səviyyəli yarışlara hazırlıq, gənc idmançılarla işin qurulması, çətinliklər, federasiyanın gələcək planları barədə məlumat verib. Qeyd olunan məsələlər ətrafında fikir mübadilələri aparılıb.
Görüşdə federasiyanın baş katibi Fərhad Əliyev, yığma komandanın baş məşqçisi Əbülfəz Məmmədov iştirak ediblər.
Fərid Qayıbov AVİF-in fəaliyyəti ilə tanış olub