Velosipedçimiz Türkiyə komandası ilə müqavilə imzalayıb

Velosipedçimiz Türkiyə komandası ilə müqavilə imzalayıb

Azərbaycanın şose velosipedi üzrə elit yığmasının lideri Elçin Əsədov Türkiyənin “Sakarya B.B. Pro Team” kontinental komandasına keçib. Artıq tərəflər arasında müqavilə imzalanıb. Velosipedçi 2022-ci ildən sözügedən klubun şərəfini qoruyacaq.

Qeyd edək ki, Elçin Əsədov bunadək Türkiyənin “Salcano Sakarya” kontinental komandasında çıxış edirdi.