Çexiyannı Brno şəhərində keçirilən MMA turnirində qalmaqal baş verib. Belə ki, təşkilatçılar çexiyalı Radek Ruşalı slovakiyalı Nikolas Krivakla döyüşə buraxmayıblar. Səbəb Ruşalın qolundakı Adolf Hitlerin döyməsi göstərilir. Nasist məzmunlu döyməyə görə cəzalanan Radek bu barədə öz fikrlərini bildirib. O deyib: «Mən çox çətin və problemlərlə zəngin olan bir cəmiyyətdə böyümüşəm. Bu döymə mənimin ən böyük səhvlərimdən biridir. Tədricən bu barədə qərar verməliyəm. Söz verirəm ki, bədənimdəki bütün döymələri sildirəcəyəm»
«Bədənimdəki bütün döymələri sildirəcəyəm»