Komandamız Avropa birinciliyini 12 medalla başa vurub

Komandamız Avropa birinciliyini 12 medalla başa vurub

İstanbulda keçirilən muay-tay üzrə Avropa birinciliyinə yekun vurulub. Yarışda böyük heyətlə təmsil olunan Azərbaycan komandası 12 medala qazanıb. Bu medallardan 4-ü qızıl, 3-ü gümüş, 5-i isə bürüncdür. Komandamıza qızıl medalları müxtəlif yaş qruplarında oğlanlar arasında İzzət Həsənov (51 kq), Arif Əliyev (60 kq), Xəyal Əliyev (60 kq) qazandırıb. Qızların yarışında isə Emili Rzayeva (67 kq) Avropa birinciliyinin qalibi adına sahib çıxıb. Yığmamızın digər üzvləri Rəvan Qasımov (+71 kq), Murad Mehrəliyev (91 kq), Rəvan Ağazadə (67 kq) ikinci olub. Zaur Quluzadə (56 kq), Natiq Əliyev (42 kq), Amin Əlili (51 kq), Nihad Şoranov (45 kq), Murad Malıyev (52 kq) isə üçüncü yeri tutub.