Azərbaycan Velosiped İdmanı Federasiyasının prezidenti Mədət Quliyev yığma və klub məşqçiləri ilə görüşüb. Görüş zamanı federasiya prezidenti və məşqçilər velosiped idmanında yüksək nailiyyətlərin əldə olunması yollarını müzakirə ediblər.
M.Quliyev velosiped idmanında kütləviliyin təmin olunması və idmançıların hazırlıq prosesində səmərəliliyin artırılmasının vacibliyindən danışaraq iş prosesində yol verilmiş nöqsanların aradan qaldırılması məqsədilə aidiyyəti tapşırıqlarını verib.