“Dahi məşqçilərin futbol fəlsəfəsi”nə bu dəfə Lui Van Qalın düşüncələrilə yanaşacağıq.
1991-ci ildən “Ayaks”da məşqçilik fəaliyyətinə başlayan “Dəmir zanbaq” ləqəbli Lui Van Qal növbəti illərdə “Barselona” “AZ Alkmaar”, “Bavariya” və “Mançester Yunayted”in uğurları üçün çalışıb. Bununla yanaşı, o, fərqli illərdə Niderland millisinin sükanı arxasında olub. Dünyanın ən yaxşı məşqçiləri arasında yer alan Van Qalın məşqçilik təcrübəsində əldə etdiyi uğurlar barəsində maraqlı fikirləri təqdim edirik.
“Mənim üçün
qaydalar lap əvvəldən
başlayır”
Hər bir baş məşqçinin öz qaydaları var. Mənim üçün qaydalar lap əvvəldən başlayır. Məşqə gələn futbolçu ən azı 30 dəqiqə tez gəlməlidir. Onun məşq zamanı özü ilə gətirdiyi əşyalar və geyim dəsti çox təmiz olmalıdır. Nahar vaxtı futbolçularla bir yerdə yemək yeyəndə futboldan kənar mövzularda danışmamalı, diqqətini yayındırmalı deyil. Oyundan əvvəl heyətlə birlikdə matça gələrkən komandanın avtobusunda öz yerini tutmalıdır. Mən bu məqamlara çox həssas yanaşıram. Əgər bu tələblərimi qulaqardına vuran futbolçu varsa, onu fərdi söhbətə çağırıram. Onu başa salmağa çalışıram. Komandanın bir yerə toplaşdığı yerdə bir futbolçuya irad bildirmək yaxşı nəticə verməyəcək. Lap son məqamda onu cəzalandırmaq barədə qərar verirəm. Dərhal tədbir görmək məşqçinin zəfliyindən irəli gəlir.
Heyətdə futbolçular arasında münasibət bir xətt üzərində getməlidir. Əgər bir futbolçu komanda yoldaşları ilə yola getmirsə, bu, mənim işimi çətinə salacaq. Həmin bu anlaşılmazlıq matç zamanı açıq-aşkar özünü biruzə verəcək. Bütün qaydalara mən özüm hamıdan qabaq riayət etməliyəm. Futbolçu görəndə ki, mən ondan tələb etdiklərimi özüm yerinə yetirmirəm, mənə ciddi yanaşmayacaq. Əvvəl özüm etməliyəm ki, sonradan onlardan bunu tələb edim. Minlərlə tələblərin arasında ən adi məqamları qeyd edirəm.
“Futbolçu
səndən yox, sənə tərəf qaçmalıdır”
“Səhvlərdən nəticə
çıxarmaq özü bir
üstünlükdür”
- Tərif həmişə tərifdir. Olub, olacaq. Tənqid və qınaq da sənin işinə kənardan verilən qiymətdir. Özündə güc tapıb, o qiymətə layiq olduğunu düşünməlisən. Əgər doğrudan da düz və yerində tənqid edilirsənsə, deməli bunu nəzərə alıb, zamanında aradan qaldırmalısan. Komandan uduzursa, deməli sən olanları və illərdən bəri əldə etdiyin təcrübəni lazımi səviyyədə çatdıra bilməmisən. Hər bir tənqid sənin yüksəlişin üçün tramplin olmalıdır. Psixoloji cəhətdən zəif olduğun anda sən irəli deyil, geriyə yuvarlanacaqsan. Belə olduğun halda sənə olunan hörmət azalacaq, nüfuzun kölgə altına düşəcək. Bu, həyatın hər bir anında eyni qayda üzrə hökm sürən fəlsəfədir. Hərdən deyirlər ki, kənardan səslənən fikirlərə əhəmiyyət vermək lazım deyil. Mən belə düşünmürəm. Kənardakılara qulaq asmaq lazımdır, amma hərdən. Səni tənqid edənləri bir qədər yaxşı tanımalı, onların nəyə qadir olduğunu bilməlisən. Əgər tənqiddə həqiqət varsa, niyə də qulaq asmayasan? Səhvlərdən nəticə çıxarmaq özü bir üstünlükdür. Hər bir kütlənin düşüncəsinə uyğun tənqidləri aradan qaldırıb, həmin kütləni geridə qoya bilərsən. Beləliklə, onlardan uzaqlaşar, əlçatmaz olarsan.
tələbkardır”
- Tərif yaxşı şeydir, amma qədərində. Tərifə təslim oldunsa, yeni uğurlar üçün bir qədər vaxt itirəcəksən. Komandanın qələbəsi yeni bir mərhələ olmaldır. Hətta finala çıxıb, kuboku əldə etsən belə. Çünki, futbol yenilikləri sevir. Bir qələbə ilə kifayətlənmək olmaz. Axı azarkeş səndən də tələbkardır. O, növbəti uğuru elə indidən gözəyir. Əgər bu uğurun ardı gəlməsə, onu təsadüfi qələbə kimi qələmə verəcək. Düşünəcək ki, bu məşqçinin bacardığı buraya qədərmiş. Məşqçi olmaq asan bir məsələ deyil. Kənardan asan görünə bilər. Necə ki, hündür binanı hamı yüksəkdə görür. Lakin onun necə inşa olunmasını hər adam anlaya bilmir.
Məşqçi özündən razı ola bilər. Amma bunu kənardakılar hiss etməli deyil. Mən öz daxilimdə özmədən razıyam. Ona görə ki, fikirlərimin hamısını məşqçilik karyeramda tətbiq edib, nəticə qazanmışam. Hansı klubda uğur əldə edə bilməmişəmsə, deməli ya məni başa düşməyiblər, ya da mən onları anlaya bilməmişəm. Uğurlarıma görə onlara təşəkkür edirəm. Ona görə ki, onlar mənə təcrübəmin zəif olmadığını və peşəkar olmağımı sübut etmək üçün vasitəçi olublar.
Tənqid edənlərə də minnətdaram. Yəqin onların istədiyi kollektiv və münasibət qura bilməmişəm.
Anar Əhmədov