UFC-nin ağır çəkili döyüşçüsü Kris Barnett qurumdan uzaqlaşdırılıb.
Olimpnews.az "Roster Watch" saytının verdiyi məlumata istinadən xəbər verir ki, səbəb hələ ki açıqlanmayıb. 2021-ci ildən bəri UFC-də yarışan amerikalı döyüşçü sonuncu dəfə oktyabr ayında UFC 321-də Həmdi Əbdülvahaba yekdil qərarla məğlub olub. Barnettin altı UFC döyüşündə iki qələbəsi və dörd məğlubiyyəti var.


