Beynəlxalq Atıcılıq Federasiyasının (ISSF) Türkiyənin Konya şəhərində keçirilən Qran-Pri yarışında Azərbaycanın stend atıcısı Nurlana Cəfərova bürünc medal qazanıb. Bu nailiyyəti idmançımız stend atıcılığının dairəvi növü üzrə qadınlar arasında yarışda əldə edib.
Bundan əvvəl idmançılarımız Əli Hüseynli və Alina Rəfixanova qarışıq komanda yarışında üçüncü yeri tutublar.