Konyada keçirilən V İslam Həmrəyliyi Oyunları davam edir. Yarışların altıncı günündə daha bir idmançımız növbəti medalını təmin edib. Bu uğura taekvondoçumuz Patimat Abakarova (49 kq) nail olub. Belə ki, xanım idmançımız nigeriyalı rəqibi Farida Saumanı məğlub etməklə yarımfinala vəsiqə qazanıb. Bununla da idmançımız minimum bürünc medalı özü üçün təmin edib.
Azərbaycan komandası Konya-2021-də daha bir medalı təmin etdi