Konya-2021 çərçivəsində keçirilən taekvondo yarışları davam edir. Taekvondo yarışlarının üçüncü günündə daha 3 idmançımız dayanq üzərinə çıxıb. Təmsilçimiz Minayə Əkbərova (46 kq) rəqiblərini məğlub edərək yarımfinala adlayıb. O, bununla özünə minimum bürünc medalı təmin edib. İdmançımız bu gün final uğrunda mübarizə aparacaq.
Qeyd edək ki, taekvondoçularımız bunadək 1 qızıl, 1 gümüş, 2 bürünc medal qazanıblar. Belə ki, Fəridə Əzizova (67 kq) qızıl, Cavad Ağayev (68 kq) gümüş, Patimat Abakarova (49 kq) və Qaşım Maqomedov (58 kq) bürünc medallara yiyələniblər.