Latviyanın paytaxtı Riqada gənc taekvondoçular arasında Olimpiya çəkiləri üzrə Avropa birinciliyikeçirilib.Yarışda iştirak edən Azərbaycan milli komandası birinciliyi1 bürünc medalla başa vurub.Məmməd Abdullayevin rəhbərlik etdiyi yığmamızayeganə medalı 44 kq çəki dərəcəsində mübarizə aparan Zemfira Həsənzadə qazandırıb. İdmançımız estoniyalı və polşalı rəqibini məğlub etsə də, yarımfinalda ispaniyalıtaekvondoçuya uduzub. Beləliklə, təmsilçimiz yarışın bürünc medalına sahib olub.
Taekvondoçumuz qitə birinciliyini bürünc medalla başa vurdu