Basketbol üzrə Azərbaycan çempionatında ikinci turun oyunlarına yekun vurulub. Tura "Sərhədçi" İdman Mərkəzinin idman zalında keçirilən iki qarşılaşma ilə yekun vurulub. Günün ilk görüşündə "AAAF Xırdalan” BK komandası "Sabah” BK basketbolçuları ilə qarşılaşıb.
Oyun Xırdalanlıların rəqibi üzərində 79-73 hesablı qələbəsi ilə başa çatıb.
Qarşılaşmanın ən məhsuldar basketbolçuları "AAAF Xırdalan” BK Deymon Makdouel (24 xal, 6 ribaund), "Sabah” BK-dan isə Kristiyan Roller (17xal, 12 ribaund) olublar.
Turun sonuncu oyunu region komandası "Olimpik Şəki” BK və ilk turda qələbə qazanmış "NTD BK" basketbolçuları arasında keçirilib.
"NTD BK" basketbolçuları matçdan 98-74 hesablı qələbə ilə ayrıldılar.
Görüşün ən məhsuldar basketbolçuları "Olimpik Şəki BK"dan Ceyson Brauer (22 xal, 9 ribaund), "NTD BK"dan isə Stenford Vilyam (28 xal, 6 asist) olub.
Qeyd edək ki, 3-cü turun oyunları 26 və 29 oktyabr tarixlərində keçiriləcək.
Azərbaycan Basketbol Liqasında ikinci tur başa çatdı