“Sərhədçi” İdman Olimpiya Mərkəzində keçirilən iki qarşılaşma ilə Azərbaycan Basketbol Liqasıda (ABL) 3-cü turuna yekun vurulub. Günün ilk görüşündə "NTD BK" komandası, "Zirvə Astara BK" basketbolçuları ilə qarşılaşıb. Oyuna sürətli başlayan "NTD BK" basketbolçuları yekunda astaralılar üzərində 84-71 hesablı qələbəyə seviniblər.
Ən məhsuldar basketbolçular: "NTD BK" ( Stenford Vilyams - 27 xal, 4 asist), "Zirvə Astara BK" (Rashard Kriukşenk - 32 xal, 7 ribaund).
Turun sonuncu oyunu region komandası "Olimpik Şəki BK" və yerli komanda "Sərhədçi PİK" basketbolçuları arasında baş tutub. Oyunun ilk dəqiqələrindən üstünlüyü ələ keçirən "Sərhədçi PİK" basketbolçuları parketdən 72-102 hesablı qələbə ilə ayrılıblar.
Ən məhsuldar basketbolçular: "Olimpik Şəki BK" (Ceyson Brauer - 27 xal, 5 ribaund), "Sərhədçi PİK" (Maykl Vinn - 25 xal, 4 asist).
Qeyd edək ki, 4 -cü turun oyunları 2 və 5 noyabr tarixlərində, “Sərhədçi” İdman Mərkəzində keçiriləcək.
Basketbol Liqasında 3-cü tur başa çatdı