Bu gün gənc taekvondoçular arasında Dövlət Gömrük Komitəsinin açıq birinciliyi keçiriləcək. Yarış 44 günlük Vətən müharibəsində şəhidlik zirvəsinə yüksələn gömrük əməkdaşı Ülvi Hacıyevin xatirəsinə həsr olunub.
Birincilikdə oğlanlar və qızlar hərəsi 5 çəki dərəcəsi dərəcəsində mübarizə aparacaqlar. Azərbaycan Texniki Universitetinin İdman Sarayında təşkil ediləcək xatirə turnirində ATF-in üzv olduğu və Dünya Taekvondo Federasiyasının tətbiq etdiyi qlobal üzvlük sistemində yer alan müvafiq hazırlığa malik idmançılar buraxılır.