Azərbaycan Basketbol Liqasında (ABL) IV turun oyunlarına start verilib. “Sərhədçi” İdman Mərkəzinin idman zalında keçirilən turun açılış oyunu NTD və "AAAF Xırdalan" komandaları arasında olub. Görüş birincilərin 99:97 hesablı qələbəsi ilə başa çatıb. Turun digər oyununda "Neftçi" və "Olimpik Şəki" komandaları üz-üzə gəlib. Görüş “Neftçi” klubunun qələbəsi ilə yekunlaşıb -73:76.
Qeyd edək ki, hazırda turnir cədvəlinə 8 xalla NTD başçılıq edir. 6 xalı olan "Gəncə" 2-cidir. 5 xala malik 3 komanda - "Sabah", "Neftçi" və "Xırdalan" 3-5-ci yerləri bölüşdürür.
4 xalı olan "Sərhədçi" və "Olimpik" müvafiq olaraq, 6 və 7-ci pillələrdə qərarlaşıb. "Zirvə" isə 3 xalla sonuncu pillədədir.
Azərbaycan Basketbol Liqası: NTD liderliyini davam etdirir
