Ağırlıqqaldıranlarımız Türkiyəyə yollanıblar 

Ağırlıqqaldıranlarımız Türkiyəyə yollanıblar 

Sabah Türkiyənin paytaxtı Ankarada ağırlıqqaldırma üzrə üçqat Olimpiya çempionu Naim Süleymanoğlunun xatirəsinə həsr olunmuş beynəlxalq turnirə start veriləcək. 3 gün davam edəcək yarışda 20-dən çox ölkədən 100-ə yaxın atlet qüvvəsini sınayacaq. Turnirdə Azərbaycan yığmasının üzvləri də mübarizə aparacaqlar. Baş məşqçi Emil Əliyevin rəhbərliyi altında qadınların yarışında Nazilə İsmayılova (49 kq) və Rəhilə Hüseynzadə (76 kq), kişilərdə isə Tehran Məmmədov (67 kq), İsa Rüstəmov (73 kq) və Ömər Cavadov (81 kq) körpücük üzərinə çıxacaqlar.