Daha bir ağırlıqqaldıranımız Ankarada medala layiq görüldü 

Daha bir ağırlıqqaldıranımız Ankarada medala layiq görüldü 

Türkiyənin paytaxtı Ankarada keçirilən üçqat Olimpiya çempionu Naim Süleymanoğlunun xatirəsinə həsr olunmuş ağırlıqqaldırma üzrə beynəlxalq turnir davam edir. Bu gün daha iki idmançımız - “Qartal” klubunun nümayəndəsi İsa Rüstəmov və “Zirvə” beynəlxalq idman klubunun üzvü Ömər Cavadov körpücük üzərinə çıxıb. Təmsilçilərimiz 73 kiloqram çəki dərəcəsində qüvvələrini sınayıblar. Ö.Cavadov birdən qaldırma hərəkətində 138 kiloqramı ram edib və bu hərəkətdə gümüş medala sahib olub. O, təkanla qaldırma hərəkətində 155 kiloqramı qaldıraraq bu hərəkətdə altıncı, ümumilikdə 293 kiloqram (138+155) nəticə ilə isə yekun sıralamada dördüncü yeri tutub. İ.Rüstəmov 285 kiloqram (130+155) nəticə ilə yarışda altıncı yeri tutub.
Turnirdə 16 ölkədən 72 atlet çıxış edir.