Azərbaycan Gimnastika Federasiyasının (AGF) məşqçilərin peşəkar hazırlığı üzrə tədris proqramına dair qaydalarına uyğun olaraq keçirilən aerobika gimnastikası üzrə birinci səviyyəyə aid (5-7 yaşlı gimnastlarla çalışan məşqçilər üçün) məşqçilik kurslarının onlayn hissəsi başa çatıb.
Noyabrın 18-20-də Milli Gimnastika Arenasında bolqarıstanlı mütəxəssis Kaloyan Kaloyanovun rəhbərliyi altında kursların nəzəri və təcrübi tədris hissəsi təşkil olunacaq.
Tədris kursları 5 səviyyədən (ilk iki səviyyə başlanğıc, növbəti 3 səviyyə isə əsas kurslar) ibarətdir. Onlayn kursları və imtahanları uğurla başa vuran məşqçilər elektron qaydada dinləyici sertifikatı əldə edəcəklər.
Məşqçilik kurslarının onlayn hissəsi başa çatıb