Azərbaycan Basketbol Liqasında altıncı turun oyunlarına start verilib. "Sərhədçi" İdman Olimpiya Mərkəzində keçirilən turun ilk oyununda “Sabah” və "Sərhədçi" komandaları münasibətlərinə aydınlıq gətirib. Oyun Görüşdə "Sərhədçi"nin qələbəsi ilə yekunlaşıb -91:84: Bu, “Sərhədçi”nin çempionatda üçüncü qələbəsi olub.
Qeyd edək ki, turun növbəti oyunları noyabrın 19-da və 20-də keçiriləcək. Həmin oyunlarda NTD – “Gəncə”ni, “Zirvə Astara” – “Neftçi”ni, “AAAF Xırdalan” isə “Olimpik Şəki”ni sınağa çəkəcək.
“Sərhədçi” turun açılış oyununu qələbə ilə başa vurdu