ABŞ-ın "Bruklin" komandasının basketbolçusu Kevin Dürant əfsanəvi oyunçu Maykl Cordanın rekordunu təkrarlayıb. Məşhur basketbolçu buna "Portland"a 109:107 hesabı ilə qalib gəldikləri görüşdə nail olub. K.Dürant həmin qarşılaşmada 35 xal toplamağı bacarıb. O, ardıcıl 16 oyunda komandasına 25 və daha çox xal qazandırıb. Maykl Cordan 1988/1989 mövsümündə "Çikaqo"nun heyətində eyni uğura imza atmışdı.
Mütləq rekord 1961/1962 mövsümündə 80 matçda 25 və daha çox xal qazanan Uilt Çemberlenə məxsusdur.
Kevin Dürant rekordu təkrarladı